Füzuli şəhəri və bir çox məntəqələr azad edildi

Dünən ve bu gün daha bir şad xəbər gəldi. Erməni işğalında olan daha bir neçə kənd azad edildi. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri, Füzuli şəhəri, Füzulinin bir çox kəndləri- Qoç Əhmədli kəndi, Çimən kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğaldan azad edilib. Füzuli bizimdir artıq. Demək olar ki, Azərbaycan əsgərinin səsi Şuşamızda eşidilməkdədir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır.

Mikayıl Əsədov.

Bunu paylaş: