Etibar Əliyevdə bu cəsarət haradandır?

 

Milli Məclisin deputatı Etibar Əliyev bu dəfə jurnalistləri təhqir etməyə başladı. Bu yarıtmaz bu dəfə media işçilərini əxlaqsız adlandırmaqdan belə çəkinməmişdir. Görünür, Etibar Əliyev evində aldığı tərbiyəni nümayiş etdirmək istəyir.
Dəfələrlə xalqı təhqir etməkdən çəkinməyən bu yarıtmaz indi də media orqanlarına hücum etməkdədir. Bəs niyə bu lazımsız məxluq xalqımızı hər dəfə təhqir edir?

Bu cəsarət ona İlham Əliyev və hakimiyyəti tərəfindən verilməkdədir. Çünki illərdir Azərbaycanda İlham Əliyev tərəfindən jurnalistlərə və xalqımıza olan basqılar Etibar Əliyev kimilərini də cəsarətləndirmişdir. Bu səbəbdən ölkədə söz azadlığı və insan hüquqları çox pis vəziyyətdədir.

İnsan utanaraq bu şəxsə millət vəkili kimi müraciət etməklə söyləmək istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən jurnalistlərin sərbəst fikir söyləmək haqqı vardır. Etibar Əliyev kimilər bilməlidir ki, hansısa media işçisi öz səlahiyyətlərini aşarsa, onun haqqında hüquq mühafizə orqanlarına müraciət edə bilər. Yəni media orqanlarını Etibar Əliyev kimilər heç vaxt təhqir edə bilməzlər.

Sonda deputat “bunların qarşısında öhdəliyimiz var”,- deyərək gileylənmişdir. Biz bir media işçisi kimi Etibar Əliyevə bildirmək istərdik ki, Azərbaycanda yalnız şərəfi, səxsiyyəti, mənliyi olan millət vəkillərinin xalq və jurnalistlər qarşısında öhdəliyi vardır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın