Etibar Əliyev “Layk”a görə insanları təhqir etdi

 

Belə başa düşürük ki, harda əqli qüsuru olan, ruhi xəstə, insanlıqdan uzaq kəslər varsa, çoxunu toplayıb Milli Məclisdə millət vəkili edirlər. Artıq neçənci dəfədir ki, deputatlarımız xalqın adından sui – istifadə edib öz çıxarlarını həll etməkdən ötrü, sərsəm qərarlar verməklə gündəmə gəlirlər. Milli Məclisdə boş “məxluqatın” cəmləşdiyi, özlərinə millət vəkili deyənlər, hakimiyyət tərəfindən seçildikləri üçün xalqı təhqir etməkdən belə çəkinmirlər. Aydın məsələdir ki, ölkədə ciddi nöqsanlar ola-ola, xalqın problemlərini həll etməyə qadir olmayan boşboğaz vəkillər, gündəmi “rəngarəng” etməkdən ötrü parlamentdə oturub “səy” fikirlər irəli sürürlər. Bunlardan biri — seçkilərdə saxta, rüşvət, yaltaqlıq yolu ilə parlamentdə kürsü qazanmış Etibar Əliyev, gülünc açıqlaması ilə gündəmə gəlib.

Bu harınlamışlar haqqında nə qədər tənqid dolu fikirlər səsləndirsək də, nəticə çıxarmırlar. Gönləri çox qalındır…Təbii ki, tənqidlərə layiqdirlər. Xalqı aşağılamaq onların həddi deyil. Adı Etibar olub, etibarsızlıqla məşhur olan bu şəxs facebook sosial mediasında dostluğunda olanlara, həm minnət, həm hədə – qorxu gələrək, təhdid edir. Digər kolleqaları da ona tam əminliklə dəstək verirlər.

Bu kimi məxluqlar hansı səbəbdən vəzifəyə təyin olunur? Beyni qıcqırmış Etibar Əliyevin bu addımı sadəcə bizlərdə ona qarşı kin – küdurətdən başqa bir şey qazandırmır. Dostluğunda olan hər bir kəsdən üzr istəməli, etdiklərinin yanlış olduğunu qeyd etməlidir. Əks təqdirdə, vəzifəsindən istefa verərək, kənarlaşmalıdır

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: