Ermenistan mülki şəxslərə hücum edir

Azərbaycan ordusunun Dağlıq Qarabağ və 7 rayonda apardığı uğurlu əks -hücum əməliyyatı nəticəsində, işğalçı Ermənistan bunu həzm edə bilməyərək Cenevrə Konversiyasını pozaraq mülki şəxsləri və yaşayış yerlərini atəşə tutmağa başlamışdır. Artıq erməni birləşmələri cəbhənin bütün istiqamətində yaşayış yerlərinə açdığı atəş nəticəsində 20 – yə yaxın mülki şəxs həlak olmuş, 30-a yaxın isə yaralananlar var. Ölənlər arasında uşaqların da olduğunu görürük və bu ermənilərin vandalizmindən xəbər verir. Şəhidlərimizə və qətlə yetirilən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: