Ermənistanın növbəti köç planı.

Ermənistan öz böyük planından əl çəkmir. Böyük Ermənistanı həyata keçirmək üçün müxtəlif istiqamətlərdə hər zaman iş aparır. Son günlərdə Livandan 100-150 erməni ailəsinin Azərbaycanın işgal olunmuş ərazilərinə yerləşdirilməsi ilə bağlı xəbərlər yayılır.Bu ərazilərə Kəlbəcər,Laçın və Zəngilan rayonları daxildi. Livandakı partlayışdan sonra sanki oradakı ermənilərin təhlükəsizliyini düşünüb bunu edirlərmiş kimi görüntü yayırlar. Düşünün, Livanda zəngin həyatı yaşayan bu ailələrin Qarabağ bölgəsində yerləşdirilməsi nə qədər təhlükəsiz ola bilər. Demək, ya ermənilər Azərbaycanın bu əraziləri geri qaytarmaq fikri olmadığlarına əmindilər, ya da arxalarında onlara dəstək verən güclərə arxayın.Bu ailələrin Qarabağ bölgəsində yerləşdirilməsi planı hər zaman olub. Çünkü, bu ərazidə ermənilərin çoxalması, gələcəkdə baş verəcək döyüşlərdə dinc əhalinin ziyan gördüyünü, öldürüldüyünü dünyaya haray-həşir salıb məzlum xalq imicini yaratmaq və döyüşlərə imkan verməməkdir.
Bəs biz bu plana qarşı nə edirik? Buradan bir sual öz hakimiyyətimizə: Siz bu siyasi durumu bilə-bilə hansı düşüncə ilə Livana 1 milyon yardım etdiniz? Livan və Ermənistan arasında bu danışıqların getdiyini bilərək niyə Azərbaycanın əleyhinə qərarlar verirsiniz? Bu xəyanətə bərabər hərəkətdir. Öz ölkəmizdə vətəndaşına 190 m yardımı min bir şərtlə verən hökümət hansısa ermənipərəst Livanın əhalisinə yardım edir. Hakimiyyət anlamalıdır, xalq bu qərarları görür və araşdırmağa başlayıb. Gəlin, xalqın səbrini bu qədər sınamayın, ey hökuməti idarə edən baş sahibləri!

Bunu paylaş: