Ermənistandakı seçkidən, Azərbaycan hakimiyyəti niyə narahatdır?

 

Hörmətli oxucular, bildiyiniz kimi, Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Bu gün Qafqazda demək olar ki, ən aktual məsələlərdən biri sayıla bilər. Əsas maraqlı tərəf isə Azərbaycan hakimiyyətinin mövqeyidir. Yəni ermənilər özləri üçün bunu etsələr də, marağımı cəlb edən Azərbaycandakı hakim qüvvələrin və iqtidaryönlü partiyaların xəbərləridir.

 

Bəzi iqtidar nümayəndələri və onlara yaxın xəbər portalları, Ermənistandakı seçkilərdə çoxlu sayda qanun pozuntusunun olduğunu içtimiayyətə bildirirlər. Burda deyərlər:”sənin nəyinə gərək, sən özündən danış”.

Müqaiysə üçün qeyd etmək istərdik ki, Ermənistanda ən azından demokratik yolla seçkilər keçirilməkdədir. Bəli, qanun pozuntuları var və olacaq, lakin Azərbaycanda olduğu kimi deyil. Gəlin ilk öncə özümüzə baxaq. Azərbaycanda yalnız qanuni yolla Əbülfəz Elçibəy prezident seçilmişdir. Təəssüf ki, daxildə olan xainlər, kiminsə əli ilə Elçibəy hakimiyyətini devirdilər. Bu gündən sonra isə Azərbaycanda Prezident vəzifəsi krallığa döndü və atadan oğula keçməyə başladı.

Bu məsələnin bir tərəfi, digər tərəfinə isə, Azərbaycandakı seçki vaxtı şahid oluruq. Saxta bülletenlər, insanlara təzyiq, azad olmayan seçki hüquqları və s. kimi qanun pozuntuları.
Bizləri də maraqlandıran budur ki, İlham Əliyevin hakimiyyəti zamanı, heç bir vaxt demokratik və azad seçki olmamışdır. İstər parlament, istər bələdiyyə, istərsə də prezident seçkilərində.

Lakin sifarişli məmurlar özlərinin necə vəzifəyə gəldiklərini unudaraq, başqalarında qüsur axtarırlar.
Bu gün ölkəmizdə heç bir demokratik və azad seçkidən danışmaq hüququmuz və haqqımız yoxdur. Çünki sonu şərlənərək həbs olunmaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın