Ermənistandakı partlayış Paşinyana bir siqnaldır

Ermənistanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı ölənlərin sayı 6 – ya, yaralıların sayı 41- ə və itkin düşənlərin sayı 11 – ə çatdığı deyilir. Hələlik rəqəmlərin getdikçə artacağı barədə xəbər verilməkdədir. Ard-arda bir neçə dəfə partlayış baş verdiyi deyilir.

Hələlik Ermənistan rəhbərliyi hadisənin hansı səbəbdən baş verdiyini söyləməsə də, bəzi fikirlər bunun terror aktı olduğunu deyir.
Bilirik ki,  erməni cəmiyyətində daxili savaş çox riskli şəkildə davam etməkdədir. Digər tərəfdən də Azərbaycanın öz ərazilərini azad etdiyi bir vaxta, Ermənistanda siyasi vəziyyət daha da çətinləşdi.
Təbii ki,  Azərbaycan illərdir erməni terrorundan əziyyət çəksə də,  nədənsə,  dünya buna göz yummuşdur. Bu gün İrəvanda ticarət mərkəzində baş verən partlayış da elə erməni terrorunun bir bəhrəsi olduğunu göstərir.

Ermənistan tək-tük dövlətlərdən biridir ki,  hətta onun parlamentində Asala, Daşnaqsutyun kimi terror təşkilatları təmsil olunmaqdadır.
Hər kəs,  1999 – cu ildəki Ermənistan prezidentinə olan terroru xatırlayır. Bu gün “Surmalu” ticarət mərkəzində olan partlayış da, həmin 1999 – cu ilin terror aktının davamıkimiqiymətləndirilməkdədir.

Deyə bilərik ki,  tələblər eynidir. Kimlərəsə Azərbaycanla sülh müqaviləsi bağlamaq Ermənistanda sərf etmir. Bu səbəbdən də bu partlayış erməni Baş Nazir Nikol Paşinyana bir xəbərdarlıqdır.
Daxildə olan  Koçəryan və Sarkisyan birliyi ölkədə sabitliyi pozmaqla bir güllə ilə iki dovşan vurmağa çalışırlar.
Terrorçular və Qarabağ mafiyası bir tərəfdən Paşinyanı hakimiyyətdən salmağı, digər tərəfdən isə Azərbaycan torpaqlarını yenidən işğal etməyi düşünürlər. Beləliklə, görünür,  Ermənistanda siyasi müharibə terror müharibəsinə qədəm qoymaqdadır. Əgər bu baş versə,  yerli və Qarabağ erməniləri arasında böyük toqquşmalar olacaqdır. Rəsmi İrəvan üçün daha da ağır günlər başlamaqdadır

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın