Ermənistanda nələr baş verir

Son vaxtlar Ermənistanın müttəfiqləri ilə işləri yaxşı gemir. Sanki Nikol Paşinyan ölkəsini Rusiya və İranın caynağından qurtarmaq istəyir. Görünür, bu qurtulmanı İran və Rusiya da hiss etmişdir.
Bir müddət əvvəl İranın Xarici İşlər naziri C. Zərif bildirib ki, Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində regionda vəziyyət tamamilə dəyişib.
Ermənistan ilə İran arasında olan quru sərhəddi rusların və azərbaycanlıların nəzarətinə keçib.
Bu isə regionda pantürkizmin inkişafına səbəb olacaqdır.


Ermənistanda isə maraqlı hadisələr baş verir; Avropa parlamentində A. Navalnının zəhərlənməsi ilə əlaqədar Rusiyaya qarşı nəzərdə tutulan sanksiyalara Ermənistan da dəstək vermişdir. Hətta Ermənistanın bəzi xarici ölkələrdə olan diplomatları açıq şəkildə bu kompaniyanı dəstəkləmişlər. Nikol Paşinyanın isə bu günlərdə Moskvaya səfəri gözlənilir. Bu vəziyyətə görə Kreml qarşısında cavab verməli olacaqdır. Erməni deputatlar Avropa sanksiyalarının Azərbaycana da tətbiq edilməsini istəmişlər. Bu arada müttəfiqlərlə arası yaxşı olmayan Ermənistanın daxilində də işləri bərbad vəziyyətdədir.
Daxildə olan daha bir xəbər isə Ermənistanda nə az, nə çox düz on min hərbçiyə Qarabağ müharibəsi zamanı etdiyi fərariliyə görə cinayət işi açılmasıdır.

Hərbçilər isə izahat veriblər ki, biz nə edək, gözümüzün qabağında əsgər yoldaşlarımız dronlarla vurulub, külə döndərilirdi.
Qaçmaqdan başqa bir çarəmiz yox idi. Paşinyana görə biz nə üçün ölməli idik?
Beləliklə, Paşinyan həm xaricdən, həm də daxildən böyük problemlər qaşısındadır.

Şahin Sirvanlı.

Bunu paylaş: