Ermənistana Zəngəzur xəbərdarlığı

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı Ermənistana xəbərdarlığı ilə yadda qalmışdır. Ölkə başçısı 10 noyabr bəyannaməsinin imzalanmasından il yarım vaxt keçdiyini və hələdə Zəngəzur dəhlizinin açılmadığınl dilə gətirmişdir.

İlham Əliyev bu gün, Xankəndində yaşayan ermənilərin Ermənistanla əlaqəsi olduğu kimi, Azərbaycanında Naxçıvanla əlaqəsi olmasının vacibliyini vurğulamışdır. O, daha sonra nümunə kimi, Laçın dəhlizini qeyd edərək bildirmişdir ki, ermənilərin sərbəst keçməsinə Azərbaycan tərəfi şərait yaratmışdır lakin, azərbaycanlıların Naxçıvana getməsində isə Ermənistan tərəfi maneələr yaratmaqdadır.

İlham Əliyev bu çıxışını təhlil etsək görərik ki, o, bir başa Ermənistan xəbərdarlıq etmişdir. Siyasi dildə desək bu yumuşaq xəbərdarlığın arxasında, dağıdıcı mənzərədən durmaqdadır. Əliyev bir başa rəsmi İrəvana deyir ki, Zəngəzur dəhlizi yoxdursa Laçın dəhlizidə sizin üzünüzə bağlana bilər.
Görünür bu çıxışdan sonra Ermənistan Baş Naziri Nikol Paşinyan İlham Əliyevə tez cavb verməlidir. Əks təqdirdə ermənilər hə Zəngəzuru itirə bilərlər.
Sonda İlham Əliyev bir daha Ermənistan rəhbərliyinə xəbərdarlıq edərək, hər şeyi ordumuzun həl edə biləçəyini bir daha xatırlatdı.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın