Ermənistana yardım, Azərbaycana isə narkotik…

 

Məlum Qarabağ müharibəsində Azərbaycan dövlətinə dost qardaş ölkə Türkiyə və Pakistan öz yardımlarını bizdən əsirgəmədi. Dildə özünə müsəlman deyib, separatçı və işğalçılara yardım edən İran “İslam” ölkəsi daim düşmələrimizin yanında yer alaraq, ərzağından tutmuş, silah-sursat, habelə neft və benzinlə təmin etmişdi. İran Ermənistana yardım, Azərbaycana isə narkotik vasitələr yollamaqda davam edir. Əslinə baxsaq, İranın qorxulu röyası Turan birliyidir. Azərbaycan dövləti gec-tez öz torpaqlarını bərqərar edəcək. Bundan İranın şübhəsi olmasın.40 mln azərbaycanlı, Arazın o tayından bizə dəstək olur. İran hakimiyyəti isə bunun qarşısını almaqdan ötrü dəridən – qabıqdan çıxır. Son zamanlar işğaldan azad olunmuş torpaqlarımızda Türkiyə, Pakistan və Azərbaycan təlimləri İran hakimiyyətində narazılıqlara səbəb olub.Birliyimizdən təşvişə düşən İran dövləti, hətta açıq şəkildə efir vasitəsilə Azərbaycan dövlətinə etirazını bildirir.

Maraqlısı isə, Ermənistana sisternlərlə neft və benzin məmulatları daşıyan iranlı soydaşlarımızın olmasıdır. Bu kimi halların qarşısını almaqdan ötrü sərt xəbərdarlıq etmək əvəzinə, Azərbaycan MN-i rus ” sülhməramlılarına” xahiş etməklə ismarıc yollayıb. Azərbaycan daxilində İran agentlərinin durmadan təbliğat və təşviqat aparmasına göz yuman Azərbaycan hakimiyyəti, nədənsə, onlar haqqında ölçü götürmür. Artıq həm xaricdən, həm daxildən Azərbaycan dövlətinə təzyiqlər durmadan artmaqda davam edir. Hakimiyyətin atdığı yanlış bir addımdan dolayı, milyonlarla insanımız əzab çəkir. 3 tərəfli imzalanmış kapitulyasiyaya Ermənistanın riayət etməməsi, ona dəlalət edir ki, düşmən qonşu öz ordusunu möhkəmləndirmək üçün imzaladığı bəyannəməyə görə vaxt qazanır. Demək olar ki, 3-cü Qarabağ müharibəsinin astanasındayıq. Odur ki, düşmənlə hər an vuruşmağa hazır olmalıyıq, əks – təqdirdə, qara buludlar yenidən başımızın üstünü alacaqdır.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın