Ermənistana elan olunacaq kapitulyasiya aktını hazırlamağın vaxtı yetişir

Ermənistana elan olunacaq kapitulyasiya aktını hazırlamağın vaxtı yetişir. Ordumuz Laçın dəhlizinə mərmiçatar məsafədə olduqda, şimalda Sərsəng gölü qarışıq Ağdərə şəhəri (Mardakert), cənubda Qırmızı Bazar və Xocavənd qəsəbələri (Martuni) azad olunan kimi təslim olunmaları haqda Ermənistana ultimatum göndərə bilərik.

Kapitulyasiya müqaviləsinin bəndlərinə bunlar daxil oluna bilər.

Kapitulyasiy aktını hazırlamağın vaxtı yetişir

1) Erməni qoşunları və dinc əhali 48 saat ərzində onlar üçün açılmış koridorla ərazini tərk edir;

2) Ermənistan erməni əhalisinin Qarabağ, Bakı və s. daxil Azərbaycan ərazilərinə qayıtması iddasına son qoyur (belə bir iddia 1948-53 və 1988-1992 illərdə Yerevan şəhəri və ətrafı daxil Ermənistandan deportasiya olunmuş azərbaycanlıların geri qaytarılması müqabilində müzakirə oluna bilər);

3) 30 il ərzində Azərbaycan şəhər və kəndlərinin dağıdılması, infrastrukturun məhv edliməsi nəticəsində dəyən 431 milyard ABŞ dolları miqdarında təznimat ödəyəcəyi öhdəliyini boynuna götürür. Təzminatın miqdarı və ödəmə müddəti ayrıca müzakirə oluna bilər.

4) 1929-ci ildə bolşevik Levon Mirzoyanın imzasıyla Ermənistana verilmiş Mehri rayonunda Naxçıvanla Azərbaycan arasında quru yol dəhlizi açılır. Dəhlizin təhlükəsizliyinə Ermənistan və Azərbaycan dövlətləri qarant durur.

5) Ermənistan 6 ay müddətində referendum keçirərək Azərbaycan və Türkiyəyə torpaq iddialarından əl çəkdiyini, dövlət simvollarından işğalçılıq elementlərini götürdüyünü ümumxalq səsverməsiylə təsdiqləyir;

6) Sülh müqaviləsi Tbilisi şəhərində, Azərbaycan Cümhuriyyətinin elan olunduğu Gənclər Sarayında (Vorontsov sarayı) imzalanır.

Məncə sərt deyil, adekvatdır.

Bax belə!

Vahid Qazi

Bunu paylaş: