Ermənistana “Dəmir Yumruq” xəbərdarlığı

İlham Əliyev Azərbaycanın qərb bölgəsinə səfəri zamanı Ermənistana xəbərdarlıq etmişdir. Onun çıxışı zamanı Paşinyan hökumətinə və revanşist qüvvələrin ünvanına söylədiyi fikirlərdən Ermənistan tərəfi narahat olmağa başlamışdır. Təbii ki, bizə maraqlı deyil qonşularımız niyə narahatdır, bizə maraqlı olan məsələ 10 noyabrda götürülən bəndlərin yerinə yetirilməsidir.

İlham Əliyevin bu çıxışına fikir versək görərik ki, bu, rəsmi İrəvananın son şansdır. Ölkə başçısı qeyd edib ki, əgər bu dəfə də Ermənistan tərəfi süni yolla sülh danışıqlarını pozsa, bu zaman “Dəmir Yumruq” əməliyyatı işə düşəcəkdir.

Ölkə başçısı bununla Nikol Paşinyana səbrinin tükəndiyini qeyd edərək, son xəbərdarlığını etmiş oldu. O, bir daha bununla tək Ermənistana deyil, onun havadarlarına da xəbərdarlıq etmiş oldu. Görünür, işğalçı qonşularımızın sülh danışıqlarına əməl edəcəkləri inandırıcı görünmür. Düşünürük ki, “Dəmir Yumruq” əməliyyatının işə düşmək vaxtı gəlib çatmışdır.
Sonda bir daha İlham Əliyev qeyd edib ki, biz heç bir zaman bölgədə müharibə istəməmişik, lakin işğalçılıq siyasətini durdurmaq üçün buna məcburuq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın