Ermənistan yeni ərazilər işğal etməklə Azərbaycanı buna məcbur etmək istəyir…

 

Azərbaycan prezidenti bu yaxınlarda Rusiyadan səfərdən gələndən sonra, bəzi yerli kanallara müsahibə vermişdir. Əslində bu, müsahibədən daha çox Ermənistana bir mesaj idi.
Bildiyiniz kimi, İlham Əliyevin Moskva səfərindən əvvəl, Ermənistan prezidenti Rusiyada səfərdə olmuş və Vladimir Putinlə Qarabağ məsələsini müzakirə etmişdir. Görünür, bu müzakirənin üstündən Azərbaycan prezidenti İlham Əliyev xətt çəkməli olmuşdur.

Yerli kanallara müsahibə verdiyi zaman, Dağlıq Qarabağ məsələsinin həllinin bitdiyindən və əbədi Azərbaycan torpağı olan Zəngəzurun geri qaytarılmasından söhbət açmışdır. 44 günlük Qarabağ müharibəsindən bu günə kimi, İlham Əliyev qətiyyətlə Zəngəzurun azad edilməsini tələb etməkdədir. Lakin Ermənistan rəhbərliyi təxribatlar törətməklə, Azərbaycanı fikrindən yayındırmağa çalışır. Rəsmi İrəvandan Naxçıvan və Kəlbəcər istiqamətlərində təxribata əl atmaqla, yenidən bir neçə yeri işğal edərək Azərbaycanı Zəngəzur siyasətindən əl çəkdirmək istəyir. Yəni yenidən bir neçə yer işğal edərək, masaya qalib kimi oturmaqla öz tələblərini irəli sürmək istəyir.

Bu səbəbdən İlham Əliyev Vladimir Putinin yanından geri qayıdan kimi, Azərbaycana təzyiq etmək istəyən bəzi dövlətlərə də öz fikrini açıq şəkildə çatdırmışdır. Ölkə başçısı, tarixi faktlarla 1923 – çü ildə, “Sovet Rusiyası” tərəfindən Qarabağ probleminin necə yarandığını söyləmişdir. Əliyevin bu çıxışı həm Ermənistana, həm də onun havadarlarına bir mesajdır.

Azərbaycan prezidentinin bu çıxışından sonra, Ermənistan tərəfi sərhəd bölgəsində atəşkəsi yenidən pozmuşdur. Nəticədə ordumuzun bir zabiti Şəhid olmuşdur. Müdafiə Nazirliyi Qaragöl istiqamətində baş vermiş təxribata görə, “Bayraktar” PUA – larını göyə qaldırmışdır. Bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır.
Bununla da,Ermənistan 10 noyabr bəyanatını icra etməkdən boyun qacırır və Azərbaycanı yenidən müharibəyə çəkmək istəyir. Hələlik bölgədə vəziyyət hər iki dövlət başçısının atacağı addımdan asılıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın