Ermənistan yenə müharibə istəyir

 

Hörmətli oxucular, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin müəyyən etmək (demarkasiya – demilitasiya) prosesi yenidən kritik həddə çatıb. Sizlərə bir müddət əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun çıxışını təqdim etmişdik. O, qeyd etmişdir ki, Ermənistanın təklifini Azərbaycan tərəfinə göndərmişik. İndi isə bir az geridən başlayaraq hər bir proseduru izah etməyə çalışacağıq.

İlk öncə Ermənistan Baş Naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Brüssel görüşünə nəzər edək. Hər kəs bu görüşdən sonra, sərhədlərin həll edilməsi barəsində danışmağa başladı. Hətta Ermənistan tərəfi Zəngəzurdan dəmir yolunun çəkilişi barəsində razılığa gəldiyini qeyd etdi. Təbii ki, bu bir oyun idi ki, Qərbin etibarını qazansın və qrantlar alsın.
İlham Əliyev isə, öz növbəsində Brüssel səfərindən sonra, Ermənistana jest edərək bir neçə əsiri geri qaytardı. Azərbaycan prezidenti daha sonra Nikol Paşinyana mesajlar verərək, məsələnin həll edilməsinin vacibliyini vurğuladı.
Ara- sıra isə sərhəddə qanlı toqquşmaların da olduğunu xatırlaya bilərik.

Bir sözlə, hər şeyin yenidən gərginləşməsinin səbəbi Ermənistan tərəfinin bəyanatından sonra oldu. Rəsmi İrəvan sərhədlərin demarkasiya – demilitasiya olunması üçün şərtini irəli sürdü.
Şərt belədir: Şuşa və Hadrut geri qaytarılsın.

Bir sözlə, Ermənistan tərəfi yenidən müharibə istəyini gizlətmədiyini açıqladı.
Bu yaxınlarda Ermənistanda Nikol Paşinyan Təhlükəsizlik məmurlarını toplayaraq, xalqına açıq mesaj vermiş oldu. O, Zəngəzuru geri qaytarmasaq, müharibə başlayacaq və bu müharibə üçün bizim resurslarımızın olmadığını qeyd etmiş oldu. Bu çıxış birbaşa ermənilərə xəbərdarlıq idi. Hər halda Ermənistan daxilində çox sayda vəziyyəti dəyərləndirə bilməyənlərin olduğunu görduk. Onlar müharibə etmək istədiklərini də gizlətmirlər. Bir sözlə, ermənilərin buynuzunun yenidən çomaq istədiyini görürük.

Görünür, bölgədə vəziyyət yenidən gərgindir. Azərbaycan tərəfi artıq ehtiyatda olan hərbi zabitlərə təlimlər keçirmək barəsində qərar qəbul edib. Müdafiə Nazirliyi döyüş təcrübəsinin artırılması barədə intensiv təlimlərin başladığını artıq rəsmi qeyd etmişdir.
Hər şey ermənilərin qərarından asılıdır. Ya sülh, ya müharibə…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın