Ermənistan təzminat ödəməli olacaq

Ermənistanın milyardlarla dollar təzminat ödəməli olduğu da açıqlanmalıdır!
Ermənilər aranlı, dağlı Qarabağda yüzlərlə şəhər, qəsəbə və kəndimizi yer üzündən silib, bütöv bir regionda infrastrukturu məhv ediblər. Əvvəl-axır sülh masasına gələcəklər, bax onda bizim şərtlərin biri də təzminat olmalıdır. O təzminatın heç olmasa təqribi məbləğini iqtisadçı dostlar hesablasalar və redaktor dostlar çoxdilli saytlarında dərc etsələr, politoloqlar şərhlərində açıqlasalar ermənilər başa düşərlər ki, canlarını tək Qarabağı tərk etməklə qurtarmayacaqlar, onları uzun illər ağır təzminat ödəmələri də gözləyir.

Vahid Qazi.

Bunu paylaş: