Ermənistan “SU-25” bəhanəsi ilə, Türkiyəni günahlandırır

Hörmətli oxucular, Azərbaycan ordusu getdikcə irəliləməkdə davam edir. Bunu görən düşmən öz yiyələrinə müraciət etsə də, hər kəs erməniləri əliboş geri göndərir. Bu sanki bir balığın quruda çabalamasına bənzəyir. Artıq döyüşə bilməyən ermənilər hər zaman olduğu kimi yeni təxribatlara əl atmağa başlayıblar. Dünən vurulmuş düşmənə məxsus SU-25 qırıcı təyyarəni, güya F-16 tipli qırıcı təyyarə vurduğunu yaymaqla dünyanı çaşdırmağa çalışmışlar. Diqqəti burda ikinci təyyarənin üzərinə aparmaqla Türkiyəni bu müharibədə günahkar kimi göstərmək istəyirlər. Lakin Azərbaycan Silahlı Qüvvələri Ermənistanın yalanlarını ortaya qoydu və bəyanat yayaraq Azərbaycanın silah arsenalında F-16 tipli döyüş təyyarəsinin olmadığını bildirmişlər. Bununla da ermənilərin Qarabağ müharibəsinin Türkiyə üzərindən aparılması iddiası fiaskoya uğradı.

Mikayıl Əsədov.

Bunu paylaş: