Ermənistan sülh danışıqlarının olmayacağını açıq şəkildə bildirdi!

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın mətbuata verdiyi açıqlama və sabiq Xarici İşlər naziri Raffi Hovanisyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktub, digər tərəfdən bölgədə pozulan atəşkəs İrəvan və Bakı arasındakı münasibətlərin gərginliyindən xəbər verir.

İlk başlayaq erməni həyasızlığından…
Sabiq nazirin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktubda diqqət çəkən məqam budur ki, guya sülh yolu Ağoğlanın, Şuşanın geri qaytarılması və qondarma erməni soyqırımının tanınmasından keçir. Bu həyasız üstəlik də heç bir şərt irəli sürmədən Türkiyə və Ermənistan arasındakı sərhədlərin açılması xəyalı ilə yaşayır. Bu gün Raffi Hovanisyanın məktubunda tam olaraq öz xarakterlərini nümayiş etdirməsini görürük.

Digər tərəfdən, Ermənistan TŞ-nın katibi qeyd edir ki, İrəvan Qarabağın “status” u olmadan Azərbaycan ilə sülh sazişi bağlamayacaqdır. Görün nə qədər diplomatiyaya yaraşmayan bir düşüncədir. Deyəsən, rəsmi İrəvan müharibənin bölgədə başlaması üçün əlindən gələni etməkdədir. Rəsmi Bakının isə səbri tukənməkdədir… Bunu ən azından Paşinyan hökuməti nəzərə almalıdır.

Azərbaycan tərəfi Armen Qriqoriyanın bu sözlərinə:”44 günlük müharibəni unutmasınlar” ,-cavabı vermişdir. Sanki qalib tərəf İrəvandır və şərtləri də onlar verməli kimi vəziyyət yaranmaqdadır.

Görünür, Ermənistan tərəfi 44 günlük müharibədən hələ də nəticə çıxarmayıb. Ermənistan TŞ-nın katibi Armen Qriqoriyanın sözlərindən, sabiq XİN – i Raffi Hovannisyanın məktubundan belə çıxır ki, Ermənistan tərəfi sülhə və 10 noyabr bəyanatına əməl etmək fikrində deyil. Hər gün artan atəş səsləri də buna bir sübutdur… Hər halda, zamanın Ermənistanın əksinə işlədiyindən görmək o qədər də çətin deyildir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın