Ermənistan Rusiyadan inciyib

Deyəsən Rusiya Qafqazda strateji səhvə yol verdiyini başa düşüb.
Lavrovun və Şoyqunun Ermənistanda Rusiya bayrağı olmadan qarşılanması, Lavrovun Bakıda Türkiyə leyhinə fikir söyləməsi şübhələnməyə az da olsa əsas verirdi. Lakin Putinin son çıxışında pərt halda Qarabağın və ətraf rayonların Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulanması məsələnin nə yerdə olduğundan xəbər verir.
Bəli, Ermənistan Rusiyadan inciyib.
Haqqı da var. Yəni, ermənilər Rusiyanın mənafeyi üçün Qafqazda qonşuları ilə düşmən olub. Yəni özlərini Rusiyanın iti kimi aparıb, hamıya hürsə də Rusiya onlara axıra qədər sahib çıxmadı.
Rusiyanın Qarabağa taxta – şalban daşıması da deyəsən kara gəlməyib.
Bəs biz nə etməliyik.
Rusiya Qafqazda ( həm də Qarabağda ) provakasiyalar edə bilər. Belə şeylərə hazır və diqqətli olmalıyıq.

Şahin Şirvanlı.

Bunu paylaş: