Ermənistan qadağan olunmuş silahlardan Azərbaycana qarşı istifadə edir

İşğalçı Ermənistan birinci Qarabağ müharibəsində olduğu kimi indi də Azərbaycanın mülki əhalisinə ağır artilleriyadan atəş açır. Bu ondan xəbər verir ki, Ermənistan ordusunun hazırlıq vəziyyəti çox aşağı olduğundan yalnız yaşayış məntəqələrini atəşə tutur. Artıq işğalçı Ermənistan qadağan olunmuş silahlarla Azərbaycan əhalisinin sıx yaşadığı yerlərə zərbələr endirirlər. Resmi Bakı artıq bununla bağlı müvafiq beynəlxalq təşkilatları xəbərdarlıq edib. Ermənistana ikinci xəbərdarlıq edilsə də, məhəl qoymayan düşmən bunun cavabını çox ağır şəkildə ödəyəcəyini anlamalıdır. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə bugünkü çıxışında qadağan olunmuş bombaların cavabının qətiyyətli şəkildə veriləcəyini qeyd etmişdir. Ermənistan hələ anlamır ki, Azərbaycan arsenalının hələ 90 faizindən çoxu açılmamışdır və ordumuzda olan çox dəqiq dağıdıcı silahlardan istifadə etsək, düşmən tozla bir olacaq. İnanıram ki, yaxın gündə Ermənistanın qadağan olunmuş silahlarına qarşı Azərbaycan əsgəri çox dəqiq cavab verəcək. Biz Azərbaycan ordusu ilə qürur duyuruq.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: