Ermənistan ordusu işğal etdikləri Azərbaycan torpaqlarından çixmayana qədər, müharibə dayanmayacaq

Dağlıq Qarabağ və 7 rayonumuzda Azərbaycan ordusu işğalçı Ermənistana qarşı başlatdığı əks-hücum nəticəsində, əsgərlərimizin şücaətliyi düşmənləri qorxuya salıb. Getdikcə məğlubiyyətə düçar olan ermənilər hər zamankı kimi yiyələrindən kömək istəyiblər. Bu səbəblə dünən Rusiya, Amerika və Fransa prezidentləri birgə bəyanat yayaraq müharibənin dayandırılmasını və sülh danışıqları başlatmağı hər iki tərəfdən tələb etmişlər. Lakin heç kim Azərbaycanın torpaqlarından işğalçı Ermənistan ordusunun çıxmasından söhbət etmək istəmir. Bu səbəbdən Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Tramp, Putin, Makron və Paşinyana gözəl bir cavab verərək, sülh danışıqları yalnız işğalçı Ermənistan əsgərinin Azərbaycan torpaqlarından çıxdıqdan sonra baş tuta biləcəyini söyləmişdir. Bu dəfə də Ermənistanın tam şəkildə fiaskoya uğraması, dünya arenasında Azərbaycanın haqlı mövqeyindən xəbər verir.
Əminliklə demək olar ki, Nikol Paşinyan təslim olmaq barəsində dəfələrlə düşünür.
Bu arada Türk xalqının və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi hər tərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Bir millət, bir dövlət olduğumuzdan qürur duyuruq.

Rəşad Şıxəliyev.

Bunu paylaş: