Ermənistan niyə Qazax istiqamətində təxribat törədir?

 

Fevral ayının 2-də səhər saat 05-dən başlayaraq Ermənistan silahlı qüvvələri Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindən Azərbaycan sərhəd qoşunları bölmələrinə 20 dəfədən çox atəş açmışlar. Bu barədə Azərbaycan Sərhəd Qoşunları məlumat yaymışdır. Atəşkəsin pozulması hələlik düşmən tərəfindən təsdiq edilməmişdir.
Bu təxribatın arxasında nə durduğunu bir az araşdıraq; Ermənistan daxilində bir qrup şəxslər son vaxtlar Azərbaycanla müharibəni yenidən başlatmaq fikirində olduqlarını dəfərlərlə qeyd etmişlər. Lakin düşünsək bu, bir absurd yanaşmadır. Son vaxtlar Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan birliyi Nikol Paşinyana qarşı hər cür təxribata əl atırlar.

 

Baş Nazir Nikol Paşinyanın olmağına baxmayaraq, hələ də orduda və daxili strukturda Sarkisyan və Köçəryanın nüfuzu qalmaqdadır. Keçmiş prezidentlərin məqsədləri  bu yolla Azərbaycanı yenidən müharibə fikirinə qaytarmaq, erməni xalqında  Paşinyana qarşı nifrət yaradaraq istefaya göndərmək. Bir neçə gün əvvəl Ermənistan məhkəməsi, Robert Köçəryana 5 günlük ölkəni tərk etməsi qərarı vermişdi. Köçəryanın Moskvada olduğu bir vaxta belə təxribatın baş verməsi anlaşılandır.


İkinci bir tərəfdən isə Köçəryan və Sarisyan sərhəd zonasında aranı qızışdırmaqla KTMT -nı bu işə cəlb etmək istəyir. Çünki bu təşkilatda Köçəryan böyük nüfuza malikdir.
Əgər sülh müqaviləsindən sonra erməni təxribatları davam edəcəksə, Azərbaycan buna qəti şəkildə cavab verəcəkdir

Əliəşrəf Məmmədov.

Bunu paylaş: