Ermənistan Müdafiə nazirindən Azərbaycan əsgərlərinə qarşı əmr

 

Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Ermənistan sərhəddini keçmək istəyən Azərbaycan hərbçilərinin məhv edilməsi barədə əmr vermişdir.

Armenpress-ə istinadən Karapetyan bunu Müdafiə Nazirliyinin keçirdiyi kollegiya iclasında deyib. Arşak Karapetyan çıxışında tabeçiliyində olan əsgərlərə Ermənistan sərhəddini keçməyə çalışan Azərbaycan hərbçilərinə dərhal atəş açmağı və hər vasitə ilə məhv etməyi ciddi şəkildə göstəriş verib.

O eyni zamanda erməni komandirlərin bir santimetr belə irəliləyən Azərbaycan hərbçilərinə görə sərt şəkildə cəzalandırılacaqlarını bildirib.

Görünür, Ermənistanın Müdafiə naziri yeni vəzifəsində özünü ölkəsinisevər kimi göstərməyə, həm hökumət, həm də xalq arasında nüfuz qazanmağa çalışır. Ancaq müharibədə məğlub duruma düşən və darmadağın edilən bir ordu başçısının bu populist çıxışının boş söz yığınından ibarət olduğu bəllidir. Görünür, Karapetyan çıxışı zamanı Azərbaycan Ordusunun nə kimi gücə sahib olduğunu unutmuşdur.
Müharibə yenidən alovlanmış olsa, bu səfər Müzəffər ordumuzun son dayanacaq nöqtəsi İrəvan olacaq.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın