Ermənistan Azərbaycan hakimiyyətini ələ saldı

 

Nəhayət, hakim dairə bir neçə müddət öncə saytımızda əks olunan xəbəri təsdiqlədi. Belə ki, Ermənistan əsirlərinin dəyişdirilməsi üçün təqdim olunan minalanmış xəritələrin qismən doğru olduğunu ölkə prezidenti İspaniyanın EFE informasiya agentliyinə bildirib.

Ermənistan tərəfindən işğal altında olan torpaqlarımıza basdırılan yanlış xəritələr əsasında yaxın bir ildə 150-dən çox soydaşımız həlak olub. Separatçı ölkə öz hərbçilərinə üstün dəyər verərək, yalançı minalanmış xəritəni bizim hakimiyyətə təqdim etməklə, məharətlə alay etdiklərini bir daha sübut etdilər. Düşmən ölkənin aidiyyatı qurumlarından dəqiq xəritələri tələb etmək isə çox absurd və gülünc səslənir.30 il Minsk qrupu vasitəsilə xahiş edib torpaqlarımızın azad olunmasını istədik. Hansı xarici təşkilat dəstək oldu bizə?Qanımız, canımız bahasına geri aldıq torpaqlarımızı. “Sülhməramlı” adı altında rusları torpağımıza yanlışlıqla gətirən ölkə prezidenti, yenə başqa bir səhvə yol verərək, Minsk qrupunun yenidən fəaliyyətinə razılıq verib.Hansı səbəbə? Kimin gözündə ucalmaq, kimin yanında olduğunu ikili oyun oynayaraq göstərmək lazım deyil.

Hakim dairə Rus imperiyasına sadiq olduğunu: “Rusiyadan silah ala bilərik”,- deməsiylə ictimaiyyətə bildirib. Rusiyanın maraq dairəsi, daim Azərbaycanı öz vassalına çevirmək, təbii sərvətlərini hədə- qorxu, şantaj yolu ilə mənimsəmək olub.Köhnə, yararsız silahlarını, vaxtı keçmiş dərman preparatlarını ölkəmizə gətirməklə bu müharibənin bitməməsini bir daha əyani şəkildə nümayiş etdirir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın