Ermənistanın təxribatının məqsədi bilindi…

 

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumata görə, may ayının 27 – si səhər saat 3-də, Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupu, Azərbaycan sərhəddini keçərək təxribat törətmək istəmişlər. Azərbaycan ordusunun ayıq – sayıqlığı nəticəsində həmin diversiya qrupunun 6 üzvü pusquya salınaraq əsir alınmışdır. Ermənistanın məqsədi yenidən Azərbaycan ərazisində terror törətmək olmuşdur.

MN – nin məlumatına əsasən, əsir alınan ermənilərin məlumatına görə onlar Kəlbəcər yoluna mina basdırmaq əmri almışlar. Ermənistanın məqsədi Kəlbəcərə gedən yolu minalayaraq Azərbaycan ordusunun yaxınlaşmasına imkan verməməkdir. Bununla da düşmən sərhəddə çoxlu sayda canlı qüvvə və texnika yığaraq hücuma keçmək istəyirmiş. Azərbaycan tərəfi Ermənistanın bu təxribatı barədə sərt xəbərdarlıq edərək, 10.11.2020- ci il bəyanatına zidd olduğunu bildirmişdir.

Ermənistan Baş Naziri Nikol Paşinyan yenə də özünə məxsus açıqlama verərək əsgərlərin oğurlandığını söyləmişdir. Lakin sonradan mina basdırmaq üçün getdiklərini etiraf etmişdir.

Məqsədləri
Ermənistan Baş Naziri Nikol Paşinyan utanmadan Bakı ilə danışıqlarda, öz şərtini verməyədə vaxt tapmışdır. Onun istəyi Rusiya, Fransa əsgərləri Ermənistan və Azərbaycan sərhəddində olmasıdır. Yəqin ki, Azərbaycan Prezidenti İlham Əliyev tələyə düşdüyünü anlayır. Yəni Qarabağdan rus qoşunları çıxarıla bilməz, sərhəddi isə ATƏTİ – in Minsk qrupu üzvlərinin ölkələri qorumalıdır. Bununlada rəsmi Bakı bildirmək istəyir ki, şərtlərlə razılaşmasanız təxribatlar davam edəcəkdir. Hər halda bu məsələnin bir yolu isə müharibədir…

Görünür, Ermənistan yenidən müharibə istəyir. Əgər müharibə yenidən başlayarsa, ermənilər Xankəndini və Zəngəzuru itirə bilərlər.
Digər tərəfdən isə Paşinyan və komandasının seçki qabağı özünə reytinq qazanmaq istəməsi baş tutmadı.

Mikayıl Əsədov.

 

Həbs edilən erməni diversatların adları:

A.N. Abqaryan – sıravi ;
İ.A. Sarkisyan – serjant ;
V.V. Sarkisyan – baş serjant ;
B.S. Oqanyan – sıravi ;
A.Q. Budoyan – sıravi ;
V.O. Rafaelyan – serjant.

Bunu paylaş: