Ermənistanın son şansıdır

 

Hörmətli oxucular, sizlərə son vaxtlar Ermənistanın Azərbaycan ərzisində basdırılmış hərbi minaların xəritəsini ölkəmizə təqdim etməməyinin səbəblərin araşdırmaq istərdik. Bəziləri bunun səbəbini müharibədən sora təxribat törətmək istəyən və Azərbaycan tərəfindən əsir götürülən terroristlərin geri qaytarılması ilə əlaqəndirirlər.

Ermənistan tərəfi yalandan dünyaya, Azərbaycanda saxlanılan 200 – ə yaxın təxribatçıya hərbi əsir donu geyindirməklə, özünü yenə yazıq kimi göstərməyə çalışır. Bu məsələnin bir tərəfi. Məslənin digər tərəfini isə bu yaxınlarda Azərbaycanın Mudafiə naziri açıq şəkildə dilə gətirmişdi; Ordumuzun 10 minə yaxın hərbi təlimləri və Zakir Həsənovun əsgərlərlə görüşü zamanı “ayıq olun” əmri verməsi çox ciddi mesajdır.

 

 

Belə çıxır ki, Ermənistanın “mina xəritələrini” Azərbaycana verməməsinin səbəbi yeni təxribatların hazırlanmasından xəbər verir. Yəni, Nikol Paşinyan Azərbaycana hər an yenidən hücum edə bilər. Əgər müharibə yenidən başlayarsa, Azərbaycanın cavabı ağır olacaqdır.

Hələlik rəsmi Bakı Ermənistanla mülayim danışır və bəzi hallarda İrəvanın xeyrinə qərarlar belə verir. Bu məsələdə İrəvanın məqsədi Bakıya təzyiq etmək və rus qoşunlarının nəzarət etdiyi Azərbaycan torpaqlarını bizdən qoparmaqdır. Lakin rəsmi Bakı hələlik bu məsələyə səbrlə yanaşır və demək olar ki, Paşinyana düşünməyə şans verir.

Mikayıl Əsədov.

Bunu paylaş: