Ermənistanın dostuna ağır zərbə

 

Dünən, İsrail növbəti dəfə İranın nüvə silahı hazırlamaq üçün istifadə etdiyi obyektləri bombalayıb. İsrail hökuməti hesab edir ki, İranın nüvə silahı əldə etməsi onun üçün birbaşa təhlükədir.
Qeyd edək ki, regionda İsrail ilə İran arasında illərdir, zəif də olsa, müharibə gedir.
Bu müharibədən ən çox əziyyət çəkən tərəf isə İrandır.
İsrail vaxtaşırı İranın mülki və hərbi gəmilərinə hücum etməklə ona həm iqtisadi, həm də hərbi cəhətdən zərər verir. Təkcə 2016 cı ildə belə hücumlar nəticəsində İran iqtisadiyyatına bir milyard dollardan çox ziyan dəymişdir.
İsrail, Suriyada işğal etdiyi Qolan təpələrindən də həmin regionda diktator Bəşər Əsəd rejimini müdafiə edən İran hərbi obyektlərini bombalayır. Maraqlıdır ki, B. Əsədin və İran rejiminin müttəfiqi olan Rusiya, özünün regiona gətirdiyi S – 300, S – 400 və digər havadan müdafiə sistemi ilə həmin obyektləri müdafiə etmir və ya edə bilmir.

Rusiya kimi özü iqtisadi böhran içərisində olan “müsəlman” İran rejimi hazırda Yaxın Şərqdə beş müsəlman ölkəsində idealojiya ( iranpərəst dini idealogiya) müharibəsi aparır və hər gün günahsız müsəlmanların ölümünə səbəb olur.
İranın rejiminin necə “müsəlman” olduğunu biz qırx dörd günlük Qarabağ döyüşlərində çox aydın gördük. İran nəinki müsəlman ölkələsi kimi, heç haqlı tərəf kimi də Azərbaycanı deyil, təcavüzkar Ermənistanı müdafiə etdi.


Həmişə də haqqın tərəfində deyil, batilin tərəfində olan “müsəlman” İran rejimi uğursuzluğa düçar olur.
Ümumi mənzərə isə odur ki, İran, Rusiya, Azərbaycan kimi avtoritar rejimlər birinci növbədə öz xalqları üçün böyük problemlərdir.

Şahin Sirvanlı.

Bunu paylaş: