Ermənilərin sifarişi ilə zabitlərimiz xidmətdən kənarlaşdırıldı

Bu gün aldığımız məlumata görə Müdafiə Nazirliyi cəbhə bölgəsində xidmət edən 3 hərbçimizi öz xidmətlərindən azad etmişdir. Bu müəmmalı qərara güya hərbi xidmətlərini yerinə yetirdikləri zaman „smartfon”tipli telefon işlətmələri səbəb olmuşdur. Bildirmək istərdik ki, bu zabitlər bir müddət əvvəl erməni kəşfiyyatçısını ordumuza hücum etdiyi vaxt yaxalamışdılar. Həmin vaxt erməni kəşfiyatçısının fotolarını çəkərək ictimaiyyətə göndərdiklərinə görə materiallar toplanaraq Hərbi prokurorluğa göndərilmişdir. Bu yerdə İlham Əliyev və Zakir Həsənova bir sual vermək istərdik ki,bu hərbçilər telefon səbəbilə xidmətlərindən azad ediliblərsə, Azərbaycan ordusunda cəmi bu 3 hərbçimiz telefon işlədir?
Yəqin hakimiyyətin erməni köklü insanlarının bu kadrlar xətirlərinə dəymişdir və hakimiyyət isə erməni qohumları qarşısında öhdəlik götürərək səhvi düzəltmək qərarına gəlmişdir. Bu cür oğullarımızı bəhanə ilə xidmətdən uzaqlaşdırmaq yalnız düşmənə aid olan xislətdir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: