Ermənilərin Ağoğlan istiqamətindəki təxribatlarının səbəbi

Mudafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, düşmən noyabr ayının 26 -si Xocavənd rayonunun Sur kəndi istiqamətinde xaincəsinə hücuma keçmişdir və nəticədə 3 hərbi qulluqçumuz şəhid olmuş, 2 hərbi qulluqçumuz yaralanmışdır.

Erməni terrorçulari dekabrın 8-də yənidən Ağoğlan (Hadrut) istiqamətində hücum etmişlər, nəticədə 1 hərbi qulluqçumuz şəhid olmuş və “Azercell” şirkətinin bir əməkdaşi ağır yaralanmışdır. Bütün şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbr diləyirik.

Rusiya sülhməramlılarının rəhbəri Rustəm Muradov məlumat yayaraq atəşkəs rejiminə riayət olunduğunu bildirmişdir.
Erməni rəhbərliyinin açıq şəkildə Qarabağda Azərbaycana qarşı yeni bir təxribat  yaratmaq istəkləri baş tutmadı. Ermənistan istəyir ki, Qarabağ döyüşlərinə Rusiyanı aktiv şəkildə cəlb etsin. Bir daha ölkəmizə qarşı təxribat olarsa, Azərbaycan  yenidən anti-terror əməliyyatlarına başlamalıdır və düşmənə qətiyyətli cavab verilməlidir.

Mikayıl Əsədov.

 

Bunu paylaş: