Ermənilər: ” Zaxarova kimdir ki, bizi təhqir etsin”

 

Qarabağda 44 günlük müharibədən sonra Ermənistan və Rusiya arasında gərginlik getdikcə artır. Əsrlərdir ki, erməniləri müdafiə edən ruslara, Ermənistanın dövlət məmurundan tutmuş, sıravi insanına kimi nifrət bəsləməkdədir.

Belə şəxslərdən bir isə, daim erməniləri və Ermənistanın maraqlarını müdafiə edən Mariya Zaxarovadır. Son vaxtlar Nikol Paşinyanın Soros fondu ilə əlaqələrinin genişlənməsindən narahat olar Rusiya, öz etirazını bildirməkdədir.
Bu məsələyə qarışan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarova da ermənilər tərəfindən sərt tənqid edilmişdir.
XİN səviyyəsində Zaxarova, Ermənistan mediasının Qərbə doğru meyililiyin artmasını təhqir etdikdən sonra, ermənilərin cavabı da geçikmədi.

Ermənistan mediası Zaxarovaya cavab olaraq: ” Zaxarova kimdir ki, erməni mediasını təhqir edir” kimi başlıqlar dərc etməyə başlamışdır. Onlar Rusiyanı Ermənistanın daxili işlərinə qarışmaqda günahlandırırlar.

İllərdir Rusiya ermənilərə hər bir dəstəyi verdiyi halda, sonda layiqli cavab aldığını deyə bilərik. Son bir neçə ayda, Ermənistan küçələrində anti-Rusiya əhvali- ruhiyyəsi artmaqdadır. Demək olar ki, hər gün:”Rədd olsun Rusiya, rədd olsu Putin” kəlmələri eşidilməkdədir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın