Ermənilər rüşvət verməklə Azərbaycan hakimiyyətini ələ keçirirlər

Hörmətli Azərbaycan xalqı, həbs edilən sabiq Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “qara kassir” i və Fövqəladə Hallar nazirinin yaxın adamı monopoliya kralı “Broker-MMC” şirkətlər qrupunun rəhbəri Əbülfəz Məlikovun ermənilərlə yaxın əlaqəsi üzə çıxmışdır. O, Rusiyada böyük bizneslər şəbəkəsi olan Ara Abramyanın qaynı, İran milyarder Mənüçöhr Əhədpurun (Manukyan) yaxın qohumu olduğu deyilir.
Diqqətimizi çəkən məqam isə, Azərbaycan erməni qarışacağı olan məmurların yüksək vəzifə tutmasıdır.

Niyə və necə Azərbaycanda ermənilərin yüksək vəzifələrdə olanlarla yaxın əlaqəsi var?
Bilirik ki, Azərbaycanda vəzifə tutmaq üçün sizə lazım olan əsas istedad rüşvət verməkdir. Çünki İlham Əliyevin hakimiyyət daxilində qurduğu siyasətdə məmurların iş təcrübəsinin olmaması və savadsız olması vacibdir. Sabiq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin zamanında ölkədə çox saylı olan savadlı və təcrübəli insanlar — ən əsas da türk kökənli olan azərbaycanlılar hakimiyyət tərəfindən sıxışdırılaraq ölkəni tərk etmək məcburiyyətində qalmışlar. Çünki Azərbaycan hakimiyyətinə nə Heydər Əliyev zamanıda, nə də İlham Əliyev prezidentiliyi dövründə ağıllı türk kökənlilər lazım deyildir.
Çünki Əliyevlər Krallığı istədiyi kimi ölkəni idarə etmək istəyirdi.

Bu vəziyyətdən məharətlə istifadə edən Ermənistan kəşfiyyatı hakimiyyətdə olan bəzi məmurlarla yaxınlıq əlaqəsinə girir. Hətta onlara sponsorluq edərək Azərbaycan daxilində yüksək vəzifələrə gətirirlər. Bununla da onlar hakimiyyətin daxilinə sızmağı bacarırlar. Bilirik ki, sıravi bir vətəndaş müyyən pul müqabilində istədiyi vəzifəni tutmağa qadirdir. İnanın ki, Azərbaycan hakimiyyətində Əbülfəz Məlikov kimi şəxslər çoxdur və onlar hakimiyyətdə önəmli yerlərdə hələ də çalışmaqdadırlar. Çünki İlham Əliyevin yürütdüyü siyasət rüşvət üzərində qurulduğundan düşmən istənilən vəzifəni “bazar qiyməti” nə pul verərək ala bilir. Əgər bundan sonra da ermənilərlə əlaqəsi olan hər hansı bir məmur həbs edilərsə, heç təəccüblənməyin. Çünki Ermənistan kəşfiyyatı hakimiyyətin daxilinə çoxdan sızmış, hətta, Ramiz Mehdiyevin vəzifədə işlədiyi bir vaxtdan!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın