Ermənilər Nikol Paşinyanın istefasın tələb edir

Ermənistan acı məğlubiyyətini həzm edə bilmir. Artıq iki gündür ermənilər küçələrə axışaraq Nikol Paşinyanın istefasın tələb edirlər. Ermənilər öz millətinə qarşı terror etməkdən çəkinmirlər. Ermənistanın paytaxtı İrəvanda nümayiş zamanı parlament binası və Paşinyanın sarayına daxil olaraq hər şeyi məhv etmişlər. Ermənilər hətta parlament nümayəndələrini belə döyməkdən çəkinməyiblər. Aldığımız məlumatlara görə artıq ixtişaşlarda iştirak edənlərin həbsləri başlamışdır. Xatırladaq ki, bu gün Ermənistan müxalifəti Paşinyanın istefasın tələb etmək üçün meydanlara axışmağa başlayacaqlar.

Mikayıl Əsədov.

Bunu paylaş: