Ermənilər həqiqəti bilməlidir

Ermənini başa salmaq lazımdır ki, əgər o müstəqil olmaq istəyirsə, həqiqətən də demokrtik Ermənistan dövləti qurmaq istəyirsə Rusiyadan ayrılmalıdır. Desələr ki, bəs türklər bizi öldürəcək, demək lazımdır ki, ay erməni Türkiyədə 500 min erməni yaşayır, Azərbaycanda da həmçinin. Niyə öldürmürlər? Əgər Rusiyadan ayrılmağa çalışmasalar, Rusiya imperiyası çökən kimi onların da dövləti tam çökəcək. Göründüyü kimi Rusiya imperiyası zəifləməyə doğru gedir. Bundan əlavə, hər hansı bir dövlətin iqtisadiyyatının daha güclü olması üçün gərək o dövlət qonşu dövlətlərlə yaxınlaşıb iqtisadi əlaqələr qursun. Əks halda həmin dövlətin iqtisadiyyatı da çökəcək, necə ki, indi çöküb. Diqqətlə baxsanız, bu proses, yəni iqtisadiyyatın çökməsi Rusiyada da baş verir. Çünki Rusiya əksər qonşu dövlətlərlə münaqişədədir, ərazi iddiasındadır. Ermənilər başa düşməlidir ki, heç bir dövlət kənar dövlətlərdən alınan maddi yardımların hesabına yaşaya bilməyib və bilməz, inkişaf etməz.. Tarixdə belə bir nümunə yoxdur. Ermənilər bilməlidir ki, qonşu dövlətlərin ərazisinə göz dikmək olmaz. Göz diksən zəifləyəcəksən. Özü də hansısa imperiyalara güvənərək göz diksən bu sənin üçün faciə ilə nəticələnəcək. Ermənilər bilməlidir ki, güvəndiyi həmin güclü dövlətlər özləri də çökə bilər və ya öz marağı xatirinə erməniləri istədikləri vaxt qurban verə bilər. Necə ki, indiki Qarabağ müharibəsində Rusiya erməniləri öz marağı xatirinə qurban verdi. Ermənilər bilməlidir ki, 200 il bundan qabaq onlar bu torpaqlara köçürüləndə türklərlə heç bir problemləri yox idi. Onları nə üçün bu əraziyə köçürüblər? Onlardan istifadə etmək üçün. Zaman keçdikcə həmin dövlətlər buna nail oldular, ermənilərdən istifadə edib bu ərazidə münaqişə ocaqları yaratdılar. Ermənilərlə bu ərazidə yaşayan xalqlar arasında düşmənçilik yaratdılar. Sonda kim uddu?

Rusiyadan ayrılmasalar Ermənistan dövlətinin mövcudluğu böyük təhlükə qarşısında qalacaq. Bu ərazidə demokratik dövlətlərin qurulmamasının qarşısını alan elə Rusiyadır. Bunu Şahnazarov və bir çox ermənilər də etiraf edir. Bu həqiqətləri erməni xalqı dərk edib qərar verməlidir.

İbrahim Azər

Bunu paylaş: