Ermənilər Ermənistandan Laçına, ordan isə Xankəndinə yol çəkir, İlham Əliyev isə susur

 

Hörmətli Azərbaycan xalqı, İlham Əliyevin dəfələrlə söylədiyi Qarabağ siyasəti iflasa uğramaqdadır. Aldığımız xəbərə əsasən Ermənistan Xankəndi – Goruş yolunu yeniləməyə başlamışlar. Maraqlısı budur ki, bu işlər Ermənistandan başlayaraq, Laçın dəhlizindən keçməklə, Xankəndinə kimi uzanır. Bu məsələ ilə bağlı İlham Əliyevə bir sualım vardır:– Ermənistan şirkətinin Azərbaycan torpağında nə işi var?. Niyə Azərbaycan bu barədə tədbir görmür?. Belə çıxır ki, İlham Əliyev Qarabağın muxtariyyəti barəsində razılığa gəlib.

Görünür, müharibə bitdikdən sonra, ard – arda Ermənistanın yüksək rütbəli məmurları Xankəndinə səfər etdiyi vaxtda hər şey həll olunmuşdur. 10 aydan çoxdur ki, Ermənistan Xankəndi və digər bölgələrimizdə istədiyini edir. Bu qədər Şəhid qanı ilə torpaqlarımızı azad etdiyimizi bütün dünya gördü. İlham Əliyev Ermənistanın təslim olduğunu söyləyir. Lakin bizi bir sual düşündürür– İlham Əliyevin Qarabağ siyasətində biz qalibik, yoxsa məğlub?

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın