Ermənilər bu dəfə Qazaxıstanı hədəf aldı

Rusiya mətbuatını özəlləşdirən və təxribaçılıqla məşğul olan erməni əsilli Marqarita Simonyanın əri Tiqran Keosayan bu təfə Qazaxıstanı və Qazax xalqını hədəf seçməkdədir. Fikir versəniz bu erməni alilə sanki keçmiş Sovetlər Birliyi ölkələrini bir neçə hissəyə bölərək Rusiyanın adından təxribatlar törətməkdədirlər. Bir az əvvəl Marqarita Simonyanın Azərbaycana qarşı olan hüçumlarını sizlərə bildirmişdik.

İndi isə, növbə əri Tiqranındır. O öz ifadələrinin birində Qazaxıstana qarşı kəskin ifadələr işlədərək qazax xalqını alçaltmağa başlamışdır. O, “Qazaxıstan şükür etməlidir ki, Rusiyanın sayəsində ayaqda dura bilmişdir ,-” kimi xoşa gəlməz sözlər söyləmişdir.
Burada deyirlər:”meymun baxar güzgüyə, adını qoyar özgəyə”. Yəqin ki, Tiqran adlı məxluq Ermənistanın necə yarandığını unutmamışdı.

Ümumiyyətlə, Rusiyanın mətbuat orqanlarında çoxlu sayda erməni əsillilər çalışdığını bilirik. Lakin Putin hökuməti bilməlidir ki, bu tip lazımsız insanların ifadələri ölkələr arasında narazılıqlar yaratmaqdadır. Qazaxıstan nümayəndələri Marqarita Simonyanın ərinə lazımı cavabı verərək onu yerində oturtrmuşlar.
Qazaxıstan nümayəndələri açıq şəkildə Rusiyaya bu fikirlə bağlı öz etirazlarını bildirdiklərini söyləmişlər.
Əlavə edək ki, bu ər – arvad ara-sıra belə təxribatçı çıxışlar edərək özlərini Kremlin gözünə soxmağa çalışırlar. Hər halda, rəsmi Moskva ona yaxın olan ölkələrdən etirazlar eşitmək istəmirsə, bu tip insanları təcili susdurmalıdır!.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın