Erməni Nazir Xankəndiyə səfər edib

 

Hörmətli oxucular, daha bir önəmli xəbəri sizlərlə bölüşmək istərdim. Söhbət Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyandan gedir. Erməni KIV-nin yaydığı məlumata əsasən, Nikol Paşinyanın şəxsi tapşırığı əsasında Rüstəm Badasyan Xankəndinə səfərə gəlmişdir. Səfər zamanı Rüstəm Badasyanı Arayik Arutunyan qəbul etmişdir.

Ədliyyə nazirinin iki günlük səfəri çərçivəsində bəzi görüşlər nəzərdə tutulub. Artıq necənci dəfədir ki, son bir neçə ay ərzində Ermənistanın yüksək rütbəli məmurları Xankəndinə (qanunsuz) səfər etmişlər. Lakin hələ ki, Azərbaycan prezidenti İlham Əliyev və hakimiyyəti bu barədə susur. Bundan sonra da Ermənistanın bir neçə məmuru Xankəndinə səfər etməyi planlaşdırır.

Bu vəziyyətdə maraqlısı odur ki, xalqımız yalnız müşahidə etməklə kifayətlənir. İlham Əliyev və hakimiyyəti tərəfindən bu vəziyyət, nə vaxta kimi belə davam edəcəkdir?
Yaxşı olar ki, İlham Əliyev özü Xankəndinə, Xocalıya , Xocavəndə səfər etsin.

Rəşad Şıxəliyev.

Bunu paylaş: