Erməni müxalifəti Paşinyanı niyə məğlub edə bilmir?

Son vaxtlar Ermənistan müxalifəti mitinqlər təşkil etsələr də, sonu nəticəsiz qaldı. Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan birliyi nədənsə Paşinyana qarşı heç bir təzyiq edə bilmədilər.

Niyə illərdir sayılıb seçilən bu üç müxalif lider Paşinyana qalib gələ bilmədi?
İlk olaraq Köçəryan, Sarkisyan, Ohanyan xalqın inamını itirmişdir. Vaxtilə ölkədə rəhbər olduqları zaman, kriminal dövlət yaratdıqlarından ermənilər bu şəxslərin əməllərindən təngə gəlmişlər və bu səbəbdən onlara dəstək olmurlar.

İkincisi, Rusiya amilidir ki, Kreml Paşinyanı dəstəklədiyinə görə, Köçəryan, Sarkisyan, Ohanyan cütlüyünü oyundankənar vəziyyətdə saxlamışdır. Bilirik ki, Kreml bu tip insanları vaxtilə istifadə etdikdən sonra, onlara muzey aləti kimi baxmaqdadır. Yəni yenidən onları vəzifəyə gətirməyin mənası olmadığını siyasəti ilə göstərir.

Üçüncü amil isə, Azərbaycandır. Əgər rəsmi Bakı İstəsə, Paşinyanı vəzifədən salar. Necə ki, Aprel döyüşündən sonra Paşinyanı Azərbaycan təsiri hakimiyyətə gətirdi. Paşinyanın bu gün hakimiyyətdə qalması bizim ölkənin əlindədir.

Sonda Ermənistanda anlayırlar ki, müharibəni uduzmaqlarında tək günahkar Paşinyan deyildir; onların saxta tarixi, düşüncələri, keçmiş rəhbərlərin yalanları və Azərbaycanın haqq-ədalət savaşıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın