Erməni jurnalist, Qarabağa görə Zatulinə hücum etdi

 

Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin, jurnalistlərə mətbuat konfransı keçirmişdir. Həmin konfransda əsas diqqət çəkən məqam son vaxtlar Ermənistan – Azərbaycan gərginliyi olmuşdur. Erməni jurnalistin birbaşa bu məsələdə Rusiyanı ittiham etməsi Zatulinin xoşuna gəlməmişdir. Jurnalistin sözlərinə görə: -Müharibədən sonra əsir düşən erməni təxribatçılarının geri qaytarılmasında Rusiya maraqlı deyil,- sualı Zatulini qəzəbləndirmişdir.

Zatulin bu suala cavab olaraq bildirmişdir ki, bu məsələ Ermənistan – Azərbaycan arasında baş verən dialoqa bağlıdır, yəni tərəflər birgə razılığa gəlməlidirlər. Daha sonra erməni jurnalist Zatulini daha da pərt edərək söyləmiş ki, üçtərəfli müqavilənin imzalanmasında məsuliyyət Rusiyanın üzərinə düşdüyü üçün, bu cür məsələləri də Kreml həll etməlidir.Zatulin bu dəfə də, erməni jurnalistə hər şeyin belə asan olmadığını və bu məsələdə bir az zaman tələb olunduğunun bildirmişdir.

Rusiyalı dayə bir daha qəzəbli şəkildə çıxış edərək, söyləmişdir ki, Rusiyanın bu məsələdə kənarda dayandığını heç kim düşünməsin və Azərbaycan Ermənistan məsələsi Kremlin nəzarətindədir.
Görünən odur ki, Rusiyanın boş fəaliyyəti Ermənistan tərəfindən də narazılıqla qarşılanmışdır. Ermənilərin Zatulinə hücum etməsi, təsadüfi deyildir. Çünki Zatulin Ermənistanın Rusiyada ən böyük “dayə” lərindən biridir.

Mikayıl Əsədov.

Bunu paylaş: