Erməni analarının qayğısına qalan iqtidar mediası, “Tərtər Cinayəti” ndə özünü səssiz aparır

İqtidaryönlü Azərbaycan informasiya agentlikləri və kanallar, bu gün Ermənistanda baş verən, 44 günlük müharibədə itkin düşmüş əsgərlərin yaxınlarının etiraz aksiyaları barədə məlumatlar yaymaqdadır. Onlar indiki Nikol Paşinyan hökumətinə etiraz etməkdədirlər. Müharibədən təxminən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də erməni hərbçilərdən bir xəbər alınmamışdır. İtkin düşən hərbiçilərin yaxınları isə, bu hadisələrlə bağlı Nikol Paşinyan hökumətini günahlandırır.

Bu gün Ermənistanda kimin mitinq etdiyi bizlərə maraqlı deyildir. Fikir versək, Azərbaycan hakimiyyəti bu hadisələri durmadan efirlərdə göstərməkdədir. Düzdür, bu, müharibənin bir qanunudur – uduzan tərəf hər zaman, qalibin qarşısında alçalır.

Bizi maraqlandıran əsas məsələ isə, Ermənistandakı hadisəni hər dəqiqə təqdim edən hakimiyyətyönlü informasiya agentlikləri və televiziyalar niyə “Tərtər 1767” qətliamına hələ də susmaqdadırlar?

Beş ildən çoxdur ki, Tərtər qətliamı baş vermişdir, lakin Azərbaycan televiziyaları xalqımıza olan xain, satqın cinayəti yayımlamaqdan boyun qaçırırlar.

Görünür , İlham Əliyev hakimiyyəti öz əməllərindən hələ də bir nəticə çıxarmaq istəmir. Daxildə olan mafia demək olar ki, ölkəmizin bütün idarəçilik sisteminə sızmış və orada möhkəmlənmişdir. Buna görə də Ermənistanda baş verən hər hansı bir şeyi 5 dəqiqəyə taparaq cəmiyyətimizə təqdim edirlər. Lakin özləri törətdiyi “Tərtər 1767” cinayətini ictimailəşdirməkdən qorxurlar. Bu qorxaqlığın da bir cavabı vardır ki, Azərbaycan hakimiyyəti başda ölkə başçısı İlham Əliyev olmaqla, “Tərtər genosid” inin iştirakçılarındandır. Ermənilərin hər hansı bir etirazını canlandıran Azərbaycan mediasının, Tərtər cinayətinə görə susmasının da cavabı artıq hər kəsə bəllidir. Bu cinayət lap yuxarılardan əmr alaraq icra edilmişdir!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın