Erik Zemmurun Türkiyə haqqında dedikləri, erməni lobbisindən dəstək almaq niyyətidir

 

Fransanın yazıçılar birliyinin sədri, jurnalist, prezidentliyə namizəd Erik Zemmur Ermənistana səfəri zamanı, Türkiyəyə də mesaj verməyi unutmamışdı. O, Ağrı dağın fonunda şəkil çəkdirərək, bu sözləri yazmışdır: “Ermənilərin əsrlər boyu müqavimət nümunəsi”. Bu sözlərlə o, türk xalqına sanki müqavimətin davam etdiyini demək istəyir.

Bunun bir şou göstəricisi olduğunu sizlərə deyə bilərik. Dəfələrlə Fransada prezidentliyə namizədlərin bu çür çıxışlarının şahidi oluruq. Məsələ burasındadır ki, Fransada güclü olan erməni lobbisindən dəstək almaq üçün, bəzi namizədlər bu yollara əl atmaqdadırlar. Əsil məqsəd isə, tarix boyu bir çox dövlətlərin ermənilərdən istifadə etmələridir.

Xatırladaq ki, indiki prezident Emanuel Makrona rəqib sayılan Erik Zemmur, qəti milliyətçi sayılır. Hətta prezident kürsüsünə ən yaxın namizəd hesab edilir. Lakin nəzərə alsaq ki, Fransa çox millətli dövlətdir. Digər tərəfdən də, Erik Zemmurun mövqeyi zəyifləyə bilər. Bir müddət əvvəl də Emanuel Makron Ermənistanda səfərdə olarkən, ermənilərdən dəstək almaq üçün buna oxşar əlamətlərdən istifadə etmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın