Entoni Blinkenin İlham Əliyevə zəngi, yeni müharibənin başlamasının qarşısını almaqdır

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Danışıq zamanı ikitərəfli münasibətlər, Ermənistan – Azərbaycan Xarici İşlər nazirlərinin son Gürcüstan görüşü barəsində müzakirələr aparılmışdır. Amerikalı dövlət katibi son Xarici İşlər nazirlərinin görüşünü alqışlamış və gələcəkdə sülhə doğru atılan addımların bir hissəsi olduğunu vurğulamışdır.
Bu, telefon danışığının görünən tərəfi olduğunu deyə bilərik.

Bəs Entoni Blinkenin İlham Əliyevə zənginin gizlinləri nədir?
Bilirik ki, erməni Baş Nazir 10 noyabr bəyanatının bəndlərini yerinə yetirmək istəmir. Bir sözlə, sülh danışığını Ermənistan tərəfi bacardıqca uzatmaq istəyir.
Rəsmi Bakı isə, artıq İrəvana xəbərdarlıq edib. İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarında hərbçilərini saxlamaqda, Zəngəzuru azad etməməkdə, mina xəritəsini verməməkdə ittiham etməklə səbr kasasını daşırdığını bildirmişdir.

Son günlər Azərbaycan ordusuna: “hər an döyüşə hazır ol” komandası verildiyini bilən Ermənistan tərəfi qorxu içindədir. Bu səbəbdən erməni Baş Nazir Nikol Paşinyan 44 günlük müharibə zamanı olduğu kimi, bu gün də Azərbaycan Ordusunu dayandırmaq üçün dünyaya yalvarmağa başlamışdır. Elə Entoni Blinkenin də İlham Əliyevə telefon zəngi müharibənin qarşısını almaqdır. Təbii ki, Azərbaycan prezidenti ABŞ – nın dövlət katibindən Ermənistanın sözünü tutmasına görə dəqiq vaxt istəyəcəkdir. Lakin Blinken də Ermənistanın necə dövlət olduğunu bilir və heç bir riskə girməyəcəkdir.

İlham Əliyev Blinkenin xahişini yerə salmayaraq bir neçə günlük Ermənistanla danışığa gedə bilər. Bu isə müvəqqəti yola vermə olacaqdır. Bir sözlə, Paşinyanın yalvarışları nəticəsiz qalacaqdır, necə ki 44 günlük müharibədə bunun şahidi olduq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın