Emmanuel Makrondan acı etiraf

Fransa prezidenti Emmanuel Makron jurnalistlərin suallarını cavablandırarkən çətin vəziyyətdə qalmışdır. Ona verilən Rusiyanın Ukraynada törətdiyi soyqırım ifadəsinə necə yanaşdığını Emmanuel Makron belə cavablandırmışdır: Soyqırımı siyasətçilər deyil, tarixçilər müəyyən edir”. Bu, daxili auditoriyada birmənalı qarşılanmışdır.
Fransa daxilində olan bəzi siyasətçilər Makronun Putindən qorxmasın dilə gətirərək onu qorxaqlıqda ittiham etmişlər.

Bəs niyə Fransa ikiüzlü siyasət yürütməkdədir?
İlk öncə Fransa prezidentinin belə ehtiyatla danışması, qaranlıq Afrika tarixlərindən asılı ola bilər. Əgər Fransa prezidenti Makron Putindən qorxursa, bu sözü işlətmək istəmirsə, bu zaman belə bir sual ortaya çıxır:
Əgər Fransa hökuməti: ” soyqırımı tarixçilər müəyyən edir”,- deyirsə, niyə “Qondarma Erməni soyqırımı” barəsində heç bir hüquqi əsas olmadan qərar qəbul edir.


Budur əsl ikili standartlar məsələsi. Ukrayna müharibəsi bir daha onu göstərir ki, dünyada beynəlxalq hüquq sıfır dərəcəsindədir. Supergüc dövlətlər bundan istifadə edərək, zəif dövlətlərə qarşı siyasət qururlar.
İnanırıq ki, dünyada siyasi düzən yenidən qurulacaq və haqq – ədalət düzgün işləyəcək.

Emmanuel Makronun da soyqırım məsələsinə cavabı buna bir sübutdur ki, dünya dövlətləri ikili standartlardan əl çəkməlidirlər. Planetimizdə bu gün beynəlxalq qanunlar deyil, beynəlxalq ikiüzlü siyasət işləməkdədirlər. Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti bütün beynəlxalq qanunların mənasız olduğunu bir daha göstərir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın