Emmanuel Makron, Marin Le Pen yoxsa Erik Zemmur…

Fransada prezident seçkiləri keçirilməkdədir. Ümumilikdə 12 namizəd prezidentlik uğrunda yarışmaqdadır.
Ekspertlərin fikrincə, əsas mübarizə indiki dövlət başçısı Emmanuel Makron və Milli Birlik Partiyasının lideri Marin Le Penlə gedəcəkdir. Lakin daha bir namizəd siyasətçi, yazar Erik Zemmurun da şanslarının böyük olduğunu dəyərləndirmək olar.

Qeyd edə bilərik ki, Fransa tarixində ən
aşağı reytinqi olan Emmanuel Makronun şansları daha azdır. O, seçki qabağı kampaniya zamanı, Ukrayna məsələsindən istifadə edərək daxili auditoriyadan dəstək almaq istəyirdi. Lakin son illər Makron hökumətinə qarşı qarşı fransa xalqının kütləvi etirazlarının çoxaldığını gördük. Siyasi gərginlik, “sarı jiletlillər”, dövlət işçilərinin tətili, Amerika ilə münasibətlər Makronun reytinqinə bir başa təsir edən əlamətlərdir.

Digər rəqiblər isə, Marin Le Pen və Erik Zemmur daha çox sağçı kimi tanınmaqdadırlar. Onlar daha çox milliyyətçi və daha çox bürokrat sayılmaqdadırlar. Hər iki namizəd Fransanın NATO-dan çıxmasını dəstəkləməkdədirlər.
Lakin milliyyətçilik və NATO-dan çıxmaq məsələsi hər iki namizədə bir başa təsir edən əlamətlərdir.

Bilirik ki, Fransa Avropada ən çox qarışıq milləti ölkələrdən biri sayılır. Bu səbəbdən ölkədə milliyyətçilərin uğur qazanması real görünən məsələ deyil.
Digər problem isə, NATO məsələsidir. Bu gün insanlar anlayır ki, Fransanın Alyansdan çıxması ölkələrinə birbaşa təhdiddir. Bu gün Ukrayna məsələsi bir nümunə olaraq qalır. Fransa xalqının ağlında bu gün belə deyim var: əgər Ukrayna NATO-ya üzv olsaydı, Rusiya işğalı ilə qarşılaşmazdı.
Bu səbəbdən Avropa ölkələrini hələlik düşündürən və qorxudan məsələ Rusiya olduğundan, milliyyətçilərin şansı bir o qədər azdır.

Exzitpolun nəticələrinə görə hələlik, indiki prezident Emmanuel Makron irəlidədir. Xatırladaq ki, Fransada baş vermiş son seçkilərdə indiki Prezident Marin Le Peni məğlub etmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın