Elvin İsayevdən xəbər var

 

Hörmətli oxucular, oktyabr ayının 19 – u saat 15:00 – da Azərbaycanın Ali Məhkəməsində, “AzerFreedom” ailəsinin həbsdə olan üzvü Elvin İsayevin məhkəməsi keçiriləcəkdir. Vəkili Qanqa İbrahimovun verdiyi məlumata görə, Elvin İsayevə verilən ittihamın qanunsuz olduğu üçün apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya şikayəti təmin edilməmişdir. Son ümid yeri kimi Ali Məhkəməyə müraciət etməkdir.
Ümid edirik ki, Azərbaycanda bir gün ədalət və haqq bərpa olunacaqdır.

Xatırladaq ki, “AzerFreedom” ailəsinin üzvü Elvin İsayev, haqq sözünü dediyi üçün 2019 – cu ilin dekabr ayının 13-də Azərbaycan Xsüsi Xidməti Orqanları tərəfindən qanunsuz olaraq Ukrayna ərazisindən oğurlanaraq Bakıya gətirilmişdir. İlham Əliyevin hakimiyyətinin çirkin əməlləri nəticəsində, Elvin İsayev şərlənərək, 2020 – ci ilin oktyabr ayında keçirilmiş məhkəmə qərarı nəticəsində 8 il həbs cəzası almışdır. Bu təxribatlar onu göstərir ki, Azərbaycanda insan haqları, söz azadlığı yoxdur. Digər tərəfdən isə, Elvin İsayev kimi qəhrəman oğulların qarşısında hakimiyyətin acizliyidir.

Tezliklə Elvin İsayevin ailəsinin yanına dönməsini arzu edirik. Dualarımız hər zaman səninlədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın