Elvin İsayevə qarşı işgəncələr, Nederland mətbuatında dərc edilmişdir

Noyabrn 12 -də Nederland Krallığının ( Nederlands dağblad ) Nederlandın gündəlik hesabat qəzetində AzərFreedomun üzvü Elvin İsayev barəsində məqalə dərc edilmişdir. ND qəzetinin yaydığı məlumata görə Elvin İsayevin vəkili Tural Hümmətov artıq Den Haaq ( Haaqa) məhkəməsinə müraciət etmişdir. Vəkil Tural Hümmətov bildirmişdir ki, Elvin Isayevə qanunsuz olaraq 8 il həbs cəzası verilmişdir. Azərbaycan hakimiyyəti Elvin İsayevi həbsdə saxladığı müddətdə ona qarşı insanlığa sığmayan işgəncələr vermişdir. Elektriklə, ac saxlama, döymə, ağır işgəncələr və s., bu yolla Elvin İsayev bəzi sənədlərə imza atmağa məcbur edilmişdir və insani huquqları Azərbaycan hakimiyyəti tərəfindən pozulmuşdur. Xatırladaq ki, AzərFreedomun üzvü olan Elvin İsayev 2019 ildə Ukraynadan Azərbaycan polisi tərəfindən oğurlanaraq, Azərbaycana deportatsiya edilmişdir və 30.10.2020 tarixində isə qanunsuz olaraq 8 il müddətinə həbs edilmişdir. Biz bu həbsi qanunsuz hesab edirik və İlham Əliyev rejimindən Elvin İsayevin azadlığa buraxılmasın tələb edirik.

Mikayıl Əsədov.

https://www.nd.nl/nieuws/buitenland/1002386/azerbeidzjan-houdt-bloggers-liever-in-de-kelder#menuv2

 

 

Bunu paylaş: