ELVİN İSAYEVİN MƏHKƏMƏSİ.

Bu gün, 26 Oktyabr 2021-ci il, saat 15:30-da Ali Məhkəmədə Elvin İsayevin məhkəməsi “oldu”. Havanın yağışlı olmasına baxmayaraq məhkəməyə Elvin İsayevin ailə üzvləri, qohumları və bizlər, 7 nəfər AXH üvləri gəlmişdik. Qapıdakı polislər sənədləri yoxlayıb yalnız ailə üzvləri və qohumları məhkəmə salonuna buraxdılar Biz AXH-çilər məhkəmənin nəticəsini dəhlizdə gözləməli olduq. Saat 16:15-də ailə üzvləri çıxıb məhkəmənin 2 dəqiqə çəkdiyini və Noyabrın 30-na təxirə salındığını, heç bir səbəb göstərilmədiyini bildirdilər.

Bunu paylaş: