Elnur Xəlilov: Yaxın vaxtlarda nadir siyasi hadisələrin şahidi ola bilərik

 

Sən Azərbaycanı bir dövlət kimi qəbul edə bilmirsən, onun şimalında qurulmuş dövləti hər vəclə tanımaqdan yayınıb həysızcasına və qorxaqcasına “Bakı dövləti”; “Bakı hökuməti”; “İranın Bakıdakı səfiri” ifadələrini işlədirsən, ardınca biz “qardaşıq”, “müsəlmanıq, şiəyik” deyib riyakarlıq edirsən.
Əvvəli xanimanlıq, sülalə hakimiyyətlərinin idarəçiliyi altında olan pərakəndə ölkə, konfedensiyallığın hökm sürdüyü xaotik məmləkət, indisi də iyrənc teokratiya üfunətinə qərq olmuş və sonunda İran adlandırılan saxta bir dövlət heç zaman Şimali Azərbaycanda müstəqil və güclü bir dövlətin mövcudluğunu həzm edə bilməyəcək…
Ona görə də özlərini Mehdi sahibəs zaman üsul idarəsinin daşıyıcıları adlandıran mövcud dini xunta hətta bu dövlətin adını belə dilə gətirməkdən çəkinir, Cənubdakı on milyonlarla soydaşımıza şimalda dövlət zad olmadığını, müvəqqəti sapınmış, separatçı və tezliklə yenidən Rusiyanın tərkibinə qatılacaq zəif bir qurum – Bakı dövlətinin olmasını təlqin edərək onları Cənubi Azərbaycanın məşrutə hərəkatı, Xiyabani və ya Pişəvəri hərəkatlarına bənzər revanşist, müstəqilliyə qovuşdura bilən hərəkətlərdən çəkindirirlər. Fars şovinizminin, İran molla rejiminin və ölkəmizdə bu rejimin yaratdığı şəbəkənin bilavasitə iştiraksı olan iranbaşların səyləri yekdilliklə bu planın reallaşmasına xidmət edir.
Azərbaycan dövləti gücləndikcə, xüsusilə 44 günlük Vətən müharibəsində onun hərbi qüdrəti aşkar göründükdə və bunun nəticəsi olaraq İranın müttəfiqlərinin bu müharibədə məğlub edilməsi onların daxilində aqoniya simptomları, təlaş və təşviş yaradıb. Bu qələbə de fakto Azərbaycan dövlətinin mövcudluğunu, onun gücünü və qüdrətini nümayiş etdirdi, eyni zamanda Cənubda əsarət altında yaşayan milyonlarla türk soydaşlarımızın şüurlarında bu dövlət haqqında fars ehkamçılığını darmadağın etdi, onlarda müstəqillik və bütöv Azərbaycan ideyalarını alovlandırdı.
İran əsarətindən qurtulmaq və Şimali Azərbaycanla birləşmək qorxusu fars molla rejiminin kabusuna çevrilib, həyatlarını zəhərə döndərib.

Bax, İranın son zamanlar min oyunu bu incə məqamla əlaqədardır. Və bir də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Zəngəzur dəhlizi açılsa onsuz da hər tərəfli sanksiyalarla əhatə olunmuş İran iqtisadiyyatı daha da çökəcək. Ancaq bu dəhliz İrandan başqa hamıya, xüsusilə də Rusiyaya sərf edir. Ona görə də Rusiya da sözügedən dəhlizin açılmasında maraqlıdır…
Yaxın vaxtlarda nadir siyasi hadisələrin şahidi ola bilərik: gözümüz önündə iki müttəfiqin, eləcə də Azərbaycanın iki tarixi düşməninin Zəngəzur düyününə görə toqquşması baş verə bilər. Zaman indi bizim xeyrimizə işləyir. Ondan faydalanmaq isə özümüzdən asılıdır.
P.S. İran rejiminin narahatlıqlarını, həmçinin qərəzli, bir az da hədə-qorxu ritorikası ilə danışmaq istəməsinin səbəblərini qısa da olsa şərh etdim.
Deyir itimizin hürməyi var, qapmağa cəsarəti yoxdur. İran başa düşür ki, indiki dönəmdə Azərbaycana əl uzatsa əli kəsilə bilər. Bütün dünya bir himə bənddir, İrandan elə bu gic hərəkəti gözləyirlər ki, onu yer üzündən silib mövcudluğuna son qoysunlar.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın