Elnur Xəlilov: Tərtər işi Azərbaycan xalqına edilən təcavüzdür

 

Qeyri-rəsmi olaraq “Tərtər işi” adlandırılan(kütləvi şəkildə işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tabeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi, istintaqın Tərtər Rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Tərtər Hərbi Məhkəməsində çıxarılması ilə əlaqədar şərti ad) misli görünməmiş iyrənc vəhşiliklərin törədildiyi bu proses zamanı hər epizod üzrə baş vermiş fiziki təhqirlər, qeyri-insani və xüsusi amansızlıqlarla müşahidə olunan ağılagəlməz qəddarlıqlar – zorlamalar; əlillik dərəcəsinə qədər sürükləyən fiziki məhrumiyyətlər; zabitlərin həşərat kimi öldürülməsi, məhv edilməsi; qeyri-əxlaqi cinsi təcavüzlərin hər biri AZƏRBAYCAN XALQINA QARŞI EDİLƏN TƏCAVÜZ, AZƏRBAYCAN XALQININ ZORLANMASI, AZƏRBAYCAN XALQININ MƏNƏVİ CƏHƏTDƏN SARSILMASI VƏ MƏHVİNƏ hesablanmış insanlıq əleyhinə yönəldilmiş müdhiş bir akt, tarixdən silinməyəcək qara ləkədir.

Bu mənhus olayın təşkilatçıları xəyanətkar, Vətənə, Millətə, Dövlətçiliyimizə düşmən kəsilən və Azərbaycan xalqının qanına susamış cinayətkar klikadır!!!
“Tərtər işi” nin mahiyyəti, təfərrüatları doğru-dürüst açılmayınca, bu işin novatorları, icraçıları məsuliyyətə cəlb olunmayınca, Azərbaycanda bulanıq suların durulması, normal ictimai-siyasi atmosfer və sabit daxili mühitin bərqərar olması mümkün deyil.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın