Elnur Xəlilov: “Rusiya içindən didik-didik ediləcək”

Paradoksal vəziyyət yaranıb.
Qarabağa “sülhməramlı” adı ilə soxulan rusların Ukraynadakı vəhşiliklərinə görə NATO ora sülhməramlı missiya göndərmək qərarındadır.

Hal-hazırda Azərbaycan yeganə ölkədir ki, onun ərazisində rus “sülhməramlı”larının xidmətlərindən “yararlanırlar”.

Dünya Rusiyanı təcavüzkar, işğalçı kimi qəbul edir, biz isə sülhməramlı kimi. Nəysə ki, bu başqa bir söhbətin mövzusudur, bu haqda səbrim çatsa bir gün fikirlərimi bölüşərəm…

Deməyim odur ki, gen qazıb, dərin qazıb, sonra da qazdığından aralı durmayanda özün də ora düşə bilərsən…

Ukrayna NATO üzvü olmadığı, lakin suveren dövlət olduğu üçün istənilən beynəlxalq birliyin köməyindən istifadə edə bilər. NATO yalnız bu adla Ukrayna ərazisinə daxil ola bilərdi ki, bu məsələ də NATO-nun növbəti sammitində yəqin öz həllini tapacaqdır.

NATO-nun bu addımı Rusiyanın kitabını bağlamaq məqsədi daşıyır.

Qanla oynayan axır-əvvəl qan içində boğulmalıdır. Necə deyərlər, su çanağı suda sınar.

Lakin bu da son olmayacaq. Beynəlxalq birlik bununla kifayətlənmək fikrində deyil. Görünən odur ki, Britaniya və ABŞ başda olmaqla anti-Rusiya alyansının məqsədi bu irticaçı imperiyanı tamam çökdürmək, onun axırına çıxmaqdır.
Rusiya içindən didik-didik ediləcək!!!

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın