Elnur Xəlilov: Putin erası başa çatmaq üzrədir

NATO son dövrlər hərbi blokdan daha çox siyasi blok kimi fəaliyyət göstərir. Əslində onun çabaları bir müddətdir hərbi-siyasi xaraktrlidir.

Lakin Ukrayna sindromunda sırf hərbi alyans anlamında çalışa bilməməsi, siyasi yönlü, həm də protokol təyinatlı çıxışlar etməsi məsələyə strateji tərəfdən yanaşma nöqteyi-nəzərindən bu qurumun ehtiyatlı davranışından, astagəlliyindən xəbər verir.
Mahiyyəti etibarilə Ukrayna alyans liderləri üçün coğrafi ərazi mənasını daşıyır. Onun üçün Şərq istiqəmətində Ukrayna, yaxud başqa bir dövlətin olması prinsipial əhəmiyyət kəsb eləmir. Məqsəd NATO-nun genişlənmə proqramına uyğun bütün dünya üçün təhlükə olan Rusiya sərhədlərinə qədər gedib çıxmaq və faktiki olaraq bu ölkənin Avropa üçün təhlükəsinin təsir dairəsini əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir. NATO bu məqsədə nail olmaq üçün Ukraynanın hərbi poliqona çevrilməsindən başqa alternativ görmür. Eyni zamanda canlı qüvvə və açıq şəkildə sistemli hərbi yardım göstərmək taktikasını da işə salmaqdan çəkinir. NATO dövlətləri bu müharibəyə qatılmadan, canlı qüvvə sarıdan itki, öz ərazilərində hərbi əməliyyatların keçirilməsinə rəvac vermədən Ukraynanın müharibədə dirəniş göstərməsi üçün ona hər cür yardım ediləcəyinə vəd verirlər. Lakin NATO-nun potensial imkanları ilə göstərdiyi yardımlar, atdığı addımlar hələ ki, tərs mütənasibdir. NATO-nun faktiki sahibi olan ABŞ Ukraynaya dəstək xarakterli kompaniyanın getdikcə artırılacağını söz verir.

Rusiya isə müqavimət artdıqca, Ukrayna xalqının iradəsini qıra bimədikcə paranoyal rəhbəri, qaniçən Putinin timsalında daha da quduzlaşaraq əcazilləşir.
Ukrayna xalqının iradəsini qırmaq, gözünün odunu almaq, vahimə yaratmaq və bu yolla onları təslim olmağa məcbur etmək üçün səhiyyə müəssisələrini, təhsil müəssisələrini, uşaq bağçalarını, körpələr evlərini raket zərbələrinə məruz qoyur. Bu neonasizmin ən qəddar təzahürüdür…
Daha çox nifrət düşmənin daha çox məğlubiyyətindən xəbər verir!!! Putin erası başa çatmaq üzrədir, Rus imperiyasının tarixin zibilliyinə atılması yaxın gələcəyin görünən gerçəkliyidir.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın