Elnur Xəlilov: “Müharibədə qələbə yalnız güclülərə yox, həm də səbirli və bacarıqlı olanlara qismət olur”

ABŞ-ın rəhbərliyi altında Şimali Atlantika Bloku müharibənin uzanmasında maraqlıdır.
Hərbi əməliyyatlardan öncə ABŞ və NATO sözügedən müharibədə məqsədlərini diplomatik eyhamdan bir qədər daha açıq və anlaşılan şəkildə anons edərək Rusiyanı parçalamaq üçün Ukrayna bataqlığında bu imperiyanı uzun müddət çabalamağa, bununla da hərbi, siyasi və iqtisadi cəhətdən nəfəsini kəsməklə onu dünya xəritəsindən silməyə çalışdığını gizlətmirdi.
Hadisələrin gedişi və xronoloji ardıcıllıq göstərir ki, ABŞ və dostları bu günə qədər istədiklərinə nail olmaqdadırlar..
Belə ki, hava məkanlarını Rusiyanın üzünə qapamağı onunla faktiki müharibəyə başlamaq kimi izah edən NATO bu addımı atmaqdan vaz keçməklə birbaşa odun-alovun içinə girməkdən yayınaraq əvvəldən dəfələrlə edilən xəbərdarlıqlara əsasən tarixdə miqyasına görə president sayıla biləcək sanksiyalar tətbiq etmək və Ukraynaya məsafəli hərbi, humanitar və maliyyə dəstəyi göstərməklə qarşıya qoyduğu məqsədlərinə çatmaq üzrədir desək yanılmarıq.
Ukrayna prezidenti V.Zeleniskinin son müraciətində “artıq NATO-dan soyumuşam” deməsi də ABŞ və İngiltərə kimi mürəkkəb və çox gedişli xarici siyasəti olan ölkələrin müharibə ərəfəsində ona konsperativ yağlı vədlər verməsindən xəbər verir. Hər şey ABŞ-ın timsalında onun müttəfiqlərinin planı üzrə gedir.


Bu müharibədə ABŞ və Avropa birliyinin Rusiya haqqında planları, Putin Rusiyasının Ukrayna barədə planlarını kölgədə qoyur.
Sadəcə qısa zaman kəsiyində istədiyini əldə edə bilməyən Putin ekstaz vəziyyətdə və nifrət zəminində tərsliyinə salaraq tamam pozulmuş psixologiyasından doğan xəstə hisslərin təsiri altında nəyin bahasına olursa olsun Ukraynanı bütün dünyanın gözü qarşısında diz çökdürərək “mən dediyim olmalıdır” prinsipi ilə məsələyə yanaşdığı bir dönəmdə bu bataqlıqda sürətlə boğulmağa doğru getdiyindən xəbərsizdir.
Müharibədə qələbə yalnız güclülərə yox, həm də səbirli və bacarıqlı olanlara qismət olur.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın